Qidalanma
> Ferma > Heyvandarlıq > Qidalanma
  • İnəklərin düzgün yemləndirilməsi

    və sağım işinin təşkili

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO "Mərkəzi Asiya subregionu ölkələrində Qaramal istehsalının təkmilləşdirilməsi modulu" CCP/SEC/001/TUR layihəsi Türkiyə/FAO Əməkdaşlıq Proqramı çərçivəsində (FTƏP) icra olunmaqla Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda həyata keçirilir. Heyvandarlıq məhsulları istehsalı həcminin böyüklüyü, tədarük və emal müəssisələrinin mövcudluğu nəzərə alınaraq layihə İmişli rayonunda həyata keçirilir. Bu məqsədlə İmişli rayonunda heyvandarlıqla məşğul olan fermerlərin təşəbbüsü ilə Heyvandarlıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılmışdır. Hazırda Assosiasiyanın 76 üzvü vardır.

    Layihə çərçivəsində İmişli rayonundan Assosiasiyanın üzvlərindən 8 nəfər fermerin Türkiyəyə təlim səfəri təşkil edilmişdir. Fermerlər Türkiyənin Bursa bölgəsində fəaliyyət göstərən süd qəbulu və süd emalı müəssisələrinin işi ilə yaxından tanış olmuşlar.

    Heyvandarlıq Məhsulları İstehsalçıları Assosiasiyasının üzvləri tərəfindən İmişli rayonunun Cəfərli kəndi ərazisində öz vəsaitləri hesabına süd qəbulu məntəqəsi tikilərək istifadəyə verilmiş və burada layihə tərəfindən verilmiş südün toplanması və soyudulması üçün iki tonluq süd çəni və südün keyfiyyət göstəricilərini təyin edən elektron süd analizatoru quraşdırılmışdır.

    Layihə çərçivəsində beynəlxalq məsləhətçilər tərəfindən Heyvandarlıq Məhsulları İstehsalçıları Assosiasiyasının üzvlərinə

    heyvandarlığın daha da inkişaf etdirilməsi ilə bağlı mütəxəssis məsləhətləri və tövsiyələr verilmişdir. Qeyd edilmişdir ki, heyvandarlıq məhsulları istehsalının artırılmasında və sağmal inəklərin süd məhsuldarlığının yüksəldilməsində seleksiya- damazlıq (seçmə) işlərinin təşkili, heyvanların cins tərkibini yaxşılaşdırılması, düzgün rasion əsasında yemləmə başlıca şərtdir.

    Heyvanın süd vermək qabiliyyəti - inək saxlayanın süd almaq imkanı deməkdir. Mədəni cinslər aşağı yemləmə şəraitində öz bədəninin sökülməsi hesabına süd vermək və bətnindəki balanı bəsləmək qabiliyyətinə malikdirlər. Belə şəraitdə inəyin məhsuldarlıq səviyyəsi aşağı düşür, arıqlayır, zəifləyir və xəstəliyə tez tutulur. Sanitariya cəhətdən yüksək keyfiyyətli süd almaq üçün inəklərin saxlanma şəraiti, xüsusən binaların, tövlələrin təmiz saxlanması böyük əhəmiyyətə malikdir. Tövlənin divarları əhənglə mütəmadi ağardılmalı və vaxtaşırı dezinfeksiya işləri aparılmalıdır. Yüksək məhsuldarlığa malik olan inəklərə geniş sağım tədbiq olunduqda öz genetik potensial imkanlarını göstərə bilirlər.

    Vacib məsələlərdən biri də inəklərin düzgün sağılması və istehsal olunan südün soyudulması və ilkin emal edilməsidir. Ev təsərrüfatlarında inəklər əl ilə sağılır. Sağımdan qabaq inəyin yelini təmiz yu-

    yulmalı və quru dəsmalla silinməlidir. Yelinin hazırlanması xarici qıcıq kimi şərti reflekslər yolu ilə oksitosin əmələ gəlməsinə səbəb olur və bunun ardınca da inəyin sağılması prosesi 8 dəqiqə ərzində başa çatmalıdır.

    Süd mikroorqanizmlərin inkişafı üçün olduqca əlverişli mühitdir. Südü sağdıqdan sonra dərhal soytmadıqda, bir neçə saat ərzində onda süd turşusu bakteriyaları elə sürətlə çoxalır ki, süd turşuyur və emal üçün yararsız hala düşür . Südün ilkin emalı dedikdə, onun süzgəcdən keçirilməklə mexaniki tullantılardan təmizlənməsi və soyudulması nəzərdə tutulur. Kiçik özəl təsərrüfatlarda südü süzmək üçün lavsan parçalardan istifadə edilməsi tənzifə nisbətən gigiyenik cəhətdən daha əlverişlidir Yeni sağılan süddə 3 saatdan sonra mikroorqanizmlərin sayı 2-3 dəfə artdığı üçün onun sağılan kimi dərhal 3-80S temperaturadək soyudulması vacib şərtlərdən biridir.Həmin temperaturda mikroorqanizmlərin çoxalması prosesi aşağı düşür və südü uzaq məsafələrə daşımaq mümkün olur.

    Yaxşı yuyulmamış süd qabı, yaxud sağım aparatı, həmçinin yerə tökülmüş süd xəstəlik törədən

    mikroorqanizmlərin inkişafı üçün ən əlverişli qida mühiti hesab olunur. Aparatlar və avadanlıqların sanitariya və gigiyena qaydalarına uyğun olaraq yüksək peşakarlıqla yuyulması, qurudulması, quru yerdə saxlanması onların təmizliyini təmin edir və iylənməsinin qarşısını alır.

    Ailə kəndli və ev təsərrüfatları, ayrı-ayrı sahibkarlar unutmamalıdırlar ki, süd və süd məhsulları müxtəlif növlü zərərli və xəstəlik törədən mikroblar üçün əlverişli qida mənbəyi olduğu üçün onun sağılması və saxlanmasında zootexniki tələblərə əməl olunması əhalinin sağlamlığının qorunmasında çox mühüm əhəmiyyət kəsb edir. Keyfiyyətli süd istehsal etmək üçün ilk növbədə səhiyyə və baytarlıq qaydalarına ciddi əməl edilməlidir. Fermerlər südün saxlanması və ilkin emalı üçün xüsusi yer ayırmalı, süd və süd məhsulları ilə təmasda olanlar müntəzəm olaraq tibbi müayinədən keçməlidirlər.