Süni mayalanma
> Ferma > Heyvandarlıq > Mayalanma > Süni mayalanma
  • Reproduksiya dövrü  Müvəffəqiyyətli süni mayalanma proqramları heyvanlarda reproduktiv dövrün anatomiyasının və fiziologiyasının aydın başa düşülməsinə əsaslanır. İnəklərin süni mayalanmasından əvvəl, Siz dişi heyvanın reproduktiv orqanlarının anatomik quruluşu haqqında optimal bilgilərə malik olmalısınız.  
     
     Reproduktiv anatomiya 
     
    Anatomiya Heyvanlarda reproduktiv sistemi yaradan hissələr . iki yumurtalıq, iki balalıq borusu, iki balalıq buynuzu, balalıq, balalıq boynu (balalıq boynu), vagina (balalıq dəhlizi) və vulvadan (cinsiyyət dodaqları) ibarətdir.  Sidik kisəsi reproduktiv yolların aşağısında yerləşir və axarı (uretra) vaginanın aşağı divarındakı  deşiklə vagina dəhlizinə açılır. Düz bağırsaq reproduktiv sistemdən üstdə yerləşir.  
     Vulva  reproduktiv sisteminə xarici girişdir.  Vulvanın 3 əsas funksiyası var: sidik keçidi, cütləşmə üçün giriş və doğum kanalı üçün bir hissə. Bu funksiyaya dodaqlar və klitor da daxildir. Vulva dodaqları girişin kənarlarında yerləşir və heyvan həvəsə gəlmədiyi halda quru və qırışmış vəziyyətdə olur. Heyvanın həvəsə gəlmə dövrü yaxınlaşdıqda vulva adətən şişir və nəm halda olur.  
    Uzunluğu təxminən 15 sm olan vagina, balalığın girişindən balalıq boynunadək uzanır. Təbii cütləşmə zamanı toxum vaginanın ön hissəsində toplanır. Vagina eyni zamanda doğum zamanı doğuş kanalının bir hissəsi rolunu da oynayır.

    Balalıq boynu vagina və balalıq arasında əlaqə (qapı) yaradan, qalın divarlı orqandır. O sıx birləşdirici toxuma və əzələdən ibarətdir və heyvan mayalanması zamanı əsas mərhələ hesab olunur (balalıq başlanğıcına gedən yol). Balalıq boynunun içərisində olan giriş birbaşa vaginaya gedib çıxır. Bu servikal girişin kənarında 360º li kor bir cib yaradır. Bu cib forniks adlanır.  Balalıq boynunun daxili 3 - 4 dairəvi həlqədən və ya qatdan ibarət olur ki, bu da balalıq boynunun əsas funksiyası olan, balalığı xarici mühitdən qoruma funksiyasını daşyır.  
     Balalıq boynu ümumilikdə balalığa açılır və təxminən 2 sm uzunluğundadır (hətta daha qısa). Balalıq gövdəsi, iki balalıq buynuzu və balalıq boynu arasında birləşdirici kimi xidmət göstərir. Balalıq gövdəsi, süni mayalanma zamanı toxum toplanmasının nəzərdə tutulduğu yerdir. Balalıq boynunun kənarı və balalıq gövdəsinin baĢlanğıcı qalın əzələ qatlarından ibarətdir. Balalığın əsas funksiyası dölün inkişafı üçün əlverişli şərait yaratmaqdan ibarətdir.  
     
    Süni və ya təbii yolla mayalandırma nəticəsində inəkdə, oksitosin və estrogen hormonlarının təsiri ilə balalıq əzələləri toxumun balalıq borusuna daxil olmasına təkan verir. 
    Balalıq borusu, adından da göründüyü kimi, ovariusları yəni inək yumurtalarını daşıyır. Balalıq borusu, bir çox hallarda fallop boruları da adlanır. Makroskopik müayinə zamanı görünür ki, balalıq borusunun bir neçə ayrı-ayrı hissələri vardır. Balalığa yaxın aşağı seqment istmus adlanır. Balalıq və istmus arasındakı keçid balalıq – borusu qovşağı və ya UTJ adlanır. Balalıq – borusu qovşağı qeyri – normal toxum üçün filtr və normal toxum üçün rezerv rolunu oynayır. 
    Tədqiqatlar göstərir ki, istmusa çatan sağlam spermatozoidlər özlərini divara yapışdırırlar. Bu yapışma prosesi boyunca, sperma membranlarında mayalanma potensialının əldə olunması üçün əsas olan fizioloji dəyişikliklər baş verir. Bu dəyişikliklər əsasən mayalandırıcı faktor hesab edilir və istmus divarlarına yapıĢma ilə tənzimlənir. Mayalanmadan 5- 6 saat sonra, kifayət qədər mayalanmış toxum hüceyrələri istmusa çatır və mayalanma prosesini tamamlayır.   
     
    Balalıq borusunun yuxarı, yumurtalığa yaxın hissəsi, ampula adlanır. Ampulanın daxili hissəsi istmusdan daha açıqdır və yumurtaların keçməsinə daha asan şərait yaradır. Balalıq borusunun məhz bu seqmenti içərisində mayalanma baş verir. Belə bir fikir var ki, ovulyasiya zamanı kimyəvi siqnal ötürülərək istmusun divarlarından spermatazoidin boşalmasını stimullaşdırır ki, bu da, ampulada mayalanma hissəsinə toxumun çatmasına kömək edir.  Balalıq borusunun açıq hissəsində böyük qıf şəkilli struktur, infundibulum adlanır və yumurtalığı əhatə edir ki, yumurtanı qarın boşluğuna düĢməkdən qorusun.Yumurtalıqlar heyvanın reproduktiv sisteminin əsas hissələridir. Onların iki funksiyası var: həvəsəgəlmə dövrünün müxtəlif mərhələlərində yumurta hüceyrəni, estrogen və progesteron hormonlarını istehsal etmək üçün  yumurtalığın səthində iki növ struktur görə bilərsiniz.
     
    Follikullar, içərisində inkişaf edən yumurta olan, maye ilə dolu, suluğa bənzər strukturlardır. Adətən hər yumurtalığın içərisində çox sayda follikullar olur ki, onlar ölçü baxımından bir – birindən çox fərqlənirlər. Bu follikulalar lap kiçikdən başlayaraq, 18 – 20 mm – dək olan kifayət qədər  iri  ölçülərə malik olurlar.Yumurtalıqlardan birinin üzərində olan ən böyük follikul “dominant follikul” adlanır və heyvanın həvəsəgəlmə zamanı ovulyasiyaya hazır olan follikul hesab olunur. Zaman keçdikcə, yumurtalıqdakı digər follikulların 95% - dən çoxu tənəzzülə uğrayaraq mayalanmadan ölür və yeni inkişaf edən follikullarla əvəz olunur. 
     
    Yumurtalığın səthində rast gəlinən digər struktur isə Sarı cisim (Korpus Luteum və ya CL) – dir. Sarı cisim - əvvəlki dövr müddətində ovulyasiyanın baş verdiyi hissədir. Əgər əkiz ovulyasiya olmayıbsa, siz iki yumurtalıqdan yalnız birinin üzərində yerləşən sarı cismi görə bilərsiz. Sarı cismin adətən yumurtalığın səthindən tacşəkilli çıxıntısı olur ki, bu da rektal müayinə zamanı müəyyən edilə bilir.  
     
    Sarı cismin adətən maye ilə dolu boşluğu da olur ki, bu boşluğun divarı follikuldan daha qalındır və daha sıx quruluşa malikdir. “Korpus Luteum” latın dilindən tərcümədə “sarı bədən” deməkdir. Bu  morfoloji  quruluşun xarici hissəsi tünd qırmızı olsa da, yan kəsikdə daxili hissənin sarımtıl – narıncı rəngdə olması görünür.
       
    Estrus (həvəsəgəlmə) dövrü 
     
    Zaman keçdikcə, dəyişkən hormon səviyyələrinə görə, reproduktiv sistemdə bir çox dəyişikliklər baş verir. Bu dəyişikliklər hər bir normal dişidə hər 18 – 21 gün arası dəyişir. Bu mütəmadi təkrarlanan dövr estrus və ya həvəsəgəlmə dövrü adlanır.
    Həvəsəgəlmə dövrünün ilk günündən baĢlayaraq estrus dövrünün necə işlədiyini müzakirə etsək, reproduktiv sistemə baxanda müxtəlif dəyişikliklər baş verdyini görürük. Yumurtalıqlardan birinin üzərində diametri təxminən 15 – 20 mm olan böyük bir follikul görürük. Bu follikulun içində mayalanmaya hazır yetkin yumurta var. Follikulun içərisindəki hüceyrələr estrogen hormonu istehsal edir..  
          
    Estrogen qan dövranı vasitəsilə inəyin bütün bədəninə yayılaraq digər orqanların da sıra ilə reaksiya verməsinə səbəb olur. O, balalığın stimulyasiyaya daha da həssas olmasına şərait yaradır və süni mayalanma vaxtı toxumun keçməsini asanlaşdırır. O balalıq boynunun axan qatı bəlğəm ifraz etməsinə və vagina üçün məlhəm rolunu oynamasına şərait yaradır. Estrogen şişmiş vulva, yemdən imtina etmə, böyürmə, qulaqları dik tutma da daxil olmaqla bütün digər həvəsəgəlmə  əlamətləri üçün də şərait yaradır. 1 – ci gün follikulada ovulyasiya gedir və yumurta hüceyrə infundibuluma yumurta borusu qıfına keçir. Ovulyasiyadan bir neçə saat əvvəl estrogen istehsalı azalır. Bunun nəticəsi olaraq inək artıq həvəsəgəlmə əlamətləri göstərmir. Ovulyasiyadan sora lütein (luteal) adlanan yeni növ hüceyrələr yumurtalıqda follikulların yerləşdiyi boşluqda yaranır.  Növbəti 5-6 gün ərzində bu hüceyrələr sürətlə inkiĢaf edərək Sarı cismi (Korpus Luteum) yaradır (CL). Sarı cisim (CL) digər bir hormonu – progesteronu istehsal edir. Progesteron balalığı döllənmə üçün  hazırlayır. Progesteronun təsiri altında, balalıq embrion üçün balalıq südü adlanan qidalandırıcı maddə istehsal edir. Eyni zamanda, progesteron balalıq boynunda qalın selikli tıxac yaradır ki, bu da virus və ya bakteriyanın balalığa daxil olmasının qarşısını alır.   Progesteron həmçinin beyində hipofiz vəzisindən qonadotropinin ixrac olunmasını tənzimləməklə heyvanın estrus dövrünə qayıtmasının qarşısını alır. Hipofiz vəzisi
     tərəfindən istehsal olunan, saxlanan və ixrac olunan 2 cür çox əhəmiyyətli qonadotropin vardır:  
     
     Follikula stimullaşdırıcı hormon və ya FSH. Adından göründüyü kimi, FSH kiçik follikulların inkişafını stimullaşdırır.
     Lutropin hormonu yaxud LH. Sarı cisim tərəfindən progesteronun istehsalından əlavə, LH- da böyük follikullarda estrogen istehsalını stimullaşdıra bilir.  
    Yüksək səviyyədə estrogen heyvanın həvəsəgəlmə dövrünə qayıtmasına səbəb olur və əgər heyvan boğazdırsa yeni embrion üçün çətinlik yaradır. Buna görə də, progesteronun FSH və LH –ı tənzimləməsi  boğazlığın  qorunması üçün çox əhəmiyyətlidir.  
    Digər tərəfdən, əgər inəyin cins keyfiyyəti yaxĢılaĢdırılmayıbsa, o zaman biz onun yenidən həvəsə gəlməsini istəyərik.  Estrus dövrünün 16 – 18 – ci günləri “boğazlığın tanınması” kimi nəzərdə tutulur. Bu müddət ərzində, balalıq özünü inkiĢafda olan embrionun mövcudluğu üçün hazırlayır.  
     
    Əgər embrion aşkarlanmayıbsa, o zaman balalıq prostaqlandin adlanan digər hormonu istehsal etməyə baĢlayır. Prostaqlandin Sarı cismi (CL)  məhv etməyə baĢlayır. Əgər Sarı cisim (CL) məhv olubsa, o zaman daha progesteron istehsal olunmur və hipofiz vəzi qonadotropinin ifrazını artırır. LH-n  artan ifrazı dominant follikulun estrogen istehsal etməsini stimullaĢdırır və  heyvanı yenidən estrus vəziyyətinə gətirir. 
    Ġndi bütöv dövr tamamlanmış olur. Orta hesabla ümumi günlərin sayı 21 – dir. Estrus dövrü hər mərhələsində dominant hormon və ya yumurtalığın quruluĢuna əsaslanan iki fazaya bölünür.
     1. Luteal faza - Sarı cisim (CL) yarananda, yəni  heyvan həvəsə gəldikdən 5-6 gün sonra başlayır və CL məhv olanda, dövrün təxminən 17 – 19 – cu günündə bitir. Dövrün bu fazası müddətində progesteronun səviyyəsi yüksək, estrogenin səviyyəsi isə aĢağı olur. 
     2. Dövrün digər fazası, follikul fazası bir dövrün sarı cismi (CL) bitdikdə baĢlayır və növbəti dövrün Sarı cismi(CL) yarananda bitir. Bu faza müddətində tipik olaraq estrogen səviyyəsi yüksək, progesteron səviyyəsi isə aşağı olur.  
     
    Yuxarıda qeyd olunduğu kimi,  estrus dövrü boyunca yumurtalığın üstündə follikullar ola bilər. Ultrasəs texnologiya istifadə edərək aparılan tədqiqat göstərir ki, follikulların artımı "dalğa" halında baş verir. Normal halda heyvanda 21 günlük dövr müddətində 2 və ya 3 dalğa follikul inkiĢafı baş verir. Hər dalğanın başlanğıcı FSH – də kiçik artımla və sonra isə çox sayda  follikulun sürətli inkişafı ilə xarakterizə olunur. Follikulların bu dalğasından, bir follikul seçilərək digərlərindən daha böyük ölçüdə inkişaf edir.  
     
    Bu “dominant” follikul yumurtalıqdakı digər bütün follikulları tənzimləmək və ya inkişafını məhdudlaşdırmaq qabiliyyəti var. Dominant follikullar qısa bir müddət, yalnız 3 – 6 gün dominant qalır və sonra isə hüceyrələrin məhv olması və ya ovulyasiya baş verərək yumurtanın çıxması ilə müşayiət olunur. Nəticədə, dominant follikulun yox olması follikul artımının növbəti dalğası ilə üst – üstə düşür. Bu yeni dalğadan digər dominant follikul seçiləcək.  Baxmayaraq ki, estrus dövrü boyunca follikul inkişafının baş verməsi tipikdir, luteal faza boyunca LH – in aşağı səviyyəli olması bu follikulların heyvanı yenidən həvəsə gətirəcək yüksək dozalı estrogenin istehsalının qarş ısını alır. CL–un məhv olması zamanı, progesteronun səviyyəsi aşağı olduqda yalnız dominant follikullar mövcud olur ki, bu da heyvanı yenidən həvəsə gətirmək üçün və ovulyasiyaya keçmək üçün kifayət qədər estrogen istehsal etməyə imkan verir.  Həvəsəgəlmənin aĢkarlanması  
     
    Həvəsəgəlmənin aşkarlanması ixtisaslaşmış işdir. Həvəsə gəlmiş heyvan bir neçə siqnal ötürəcək ki, bunları tanımaq asan deyil. Bu günlərdə təsərrüfatlarda məhsuldarlığın artması ilə əlaqədar həvəsəgəlmə daha qısa müddətdə aĢkarlanmalıdır. Ona görə də, həvəsəgəlmə əlamətlərini tanımaq çox əhəmiyyətlidir.   
     
    Həvəsəgəlmə dövrü 

    Heyvanın müntəzəm həvəsəgəlmə dövrü orta hesabla 21 gün  (təqribən18 – 24 gün arası -5 gün) davam edir.. Bu dövr ərzində heyvan yemləmənin keyfiyyəti və sağlamlıq səviyyəsindən asılı olaraq “həvəsəgəlmə” dövründə olacaq. Belə də deyilə bilər ki, inəyin məhsuldarlığı nə qədər yüksək olarsa, həvəsəgəlmə dövrü də o qədər qısa olar.   
    İnəyin həvəsəgəlmə dövrü erkən, sabit dövr və son həvəsəgəlmə dövrü adlanan 3 faza ilə xarakterizə olunur.  
    Erkən həvəsəgəlmə dövrü Erkən həvəsəgəlmə dövrünün müddəti 6 saatdan 10 saatadək dəyişir. Erkən həvəsəgəlmənin əlamətləri bunlardır:
     Digər inəklərə sıçrama;
     Digər inəkləri iyləmə;
     Digər inəklərə çənəsini söykəmə;
     Yüksək fəallıq;
     Nəm və azacıq şişmiş vulva;
     Böyürmə;
     Digər heyvanlar ona sıçrayan  zamanı 

     

     
    Sabit həvəsəgəlmə dövrü Erkən həvəsəgəlmə dövründən sonra sabit dövr başlayır. Bu dövr inəkdən asılı olaraq 6 – 18 saat davam edə bilər.  Belə bir fakt var ki, sabit dövr isti iqlim şəraitində daha qısa olur. Yüksək temperatur daha aşağı konsepsiya sürətinə səbəb olur.  
    Sabit həvəsəgəlmə dövrü ilə erkən həvəsəgəlmə dövrünün əlamətləri oxşar ola bilər. Ancaq sabit dövrün əhəmiyyətli əlamətləri bunlardır: 
     
     Sıçrama zamanı sakit dayanmaq;
     Digər heyvanlara sıçrama;
     Bel sümüyünün əyilməsi;
     Vulvanın şişməsi;
     ġəffaf çərəaxıtma;
     İştahsızlıq;
     Zəif süd məhsuldarlığı;
     Azacıq artmış bədən temperaturu
     Quyruğa seliyin bulaşması;
     “Sevgi oyunları”.

     Son həvəsəgəlmə dövrü  Sabit həvəsəgəlmə dövründən sonra, həvəsəgəlmə dövrünün sonuncusu, son həvəsəgəlmə fazası başlayır. Bəzi inəklər həvəsəgəlmənin bəzi əlamətlərini göstərməyə davam edir. Bu dövr adətən 12 – 20 saat davam edir.  Son həvəsəgəlmə dövrünün əlamətləri bunlardır:
     Başqa heyvanlar cütləşmə üçün yaxınlaşanda onlardan uzaqlaşma;
     Vulvadan təmiz seliyin axması
     Digər inəkləri iyləmək. 
    Həvəsəgəlmədən sonra vulvadan qanlı selik ifraz olunur. Bu o deməkdir ki, inəyin həvəsəgəlməsi başa çatıb. Həvəsəgəlmənin sona çatması qeyd olunmalıdır ki, 18 – 21 gündən sonra yenidən həvəsə gəlib – gəlməməsi müşahidə olunsun. Buna görə də, son həvəsəgəlmədən sonra 17 – 18 gün ərzində heyvan yoxlanmalıdır.  
     
     Saxta həvəsəgəlmə 
    Reproduktiv dövrün 10 və ya 11 – ci günündə inək həvəsəgəlmə əlamətlərini göstərə bilər.  Bu həqiqi yox saxta həvəsəgəlmədir. Bu mərhələdə yumurtalıq böyük bir follikul istehsal edir ki, bu follikul yetişmir.  
    Buna baxmayaraq, südlük inəklərin təxminən 10%-i ni belə vəziyyətdə yenə süni mayalanma edirlər, çünki fermerlər bunu həqiqi həvəsəgəlmə hesab edirlər. 10 gün sonra bu inəklər yenidən həvəsə gəlirlər. Qeydlər (calendar, komputer) gündəlik yoxlanmalıdır ki, həvəsəgələcək heyvanı müəyyənləşdirərək müntəzəm reproduktiv dövrün olub olmadığı aşkarlansın.  
     
    2.3 Müşahidə 
    Heyvanın həvəsə gəlib – gəlməməsi fermerin yuxarıda sadalanan əlamətləri yadda saxlaması yolu ilə müəyyənləşdirilə bilər. fermer müəyyən alətlərdən istifadə edərək həvəsəgəlməni aşkarlamağı asanlaşdıra bilər. Müşahidə zamanı müşahidə edənin təcrübəsi, sürünün ölçüsü və inəklərin olduğu mühit təsir gücünə maikdir.  
    Müşahidəçinin təcrübəsinin çox olması həvəsəgəlmənin erkən müəyyənləşdirilməsi deməkdir. Sürünün ölçüsü görünməyə və inəklərin yadda saxlanmasına təsir edir. Həvəsəgəlmə əlamətlərini müəyyən etmək üçün mühit çox əhəmiyyətlidir. Məsələn, yer sürüşkən olarsa heyvan digər heyvana yaxınlaşmağa tərəddüd edir. Heyvanın səhhəti də müşahidəyə təsir edir. Belə ki, axsaqlığı olan inəklər digər heyvanlara yaxınlaşmağa tərəddüd edirlər.  

    Cədvəldə 24 saatlıq həvəsəgəlmə dövrünün ümumi paylanışı göstərir. 24 saatlıq dövrdə həvəsəgəlmiş heyvanların faizinin ilin fəsillərinə əsasən dəyişdiyini görmək olur. Belə ki, isti havalarda inəklər daha çox gecələr, soyuq havalarda isə inəklər daha çox gündüz həvəsə gəlir. 
     
    Tövlə şəraiti də 24 saatlıq dövr müddətində həvəsəgəlmənin paylanmasına təsir edir. Əsas əhəmiyyət daşıyan məqam odur ki, həvəsəgəlmə hər an baş verə bilər.

    Ümumiyyətlə fermerlər gündə ən azı 3 dəfə, daha yaxşı olar ki, axşmüstü və səhər erkən həvəsəgəlmə əlamətlərini müşahidə etməlidirlər. Bu müşahidələr ən az 20 dəqiqə davam etməlidir. 
    Həvəsəgəlmənin aşkarlanması
     üsulları 
    Müşahidə olunmuş həvəsəgəlmələr  (%)
    Gündəlik 5 dəfə – 20 dəqiqə 83%
    Gündəlik 4 dəfə – 20 dəqiqə 83 %
    Gündəlik 3 dəfə – 20 dəqiqə 70%
    Gündəlik 2 dəfə – 20 dəqiqə 50%
    Gündəlik1 dəfə – 20 dəqiqə 35% 
     
    Müşahidə alətləri Ən geniş yayılmış müşahidə aləti fəallığı ölçən cihazdır. Bu cihaz heyvanın ayağına və ya boynuna bərkidilir və heyvanın gündəlik atdığı addımları sayır. Bu həvəsəgəlmə əlamətlərindən biri olan fəaliyyəti ölçür. Bu cihazın üstünlüyü odur ki, heyvanı 24 saat ərzində müşahidə etmək mümkün olur. Inəklərin 40% - dən çoxu həvəsəgəlmə əlamətlərini gecəyarısı göstərdiyi üçün, fəallığı ölçən fermerin görmədiyini müşahidə edir. Boyuna bərkidilmiş fəaliyyət ölçənlər adətən ayağa bərkidilən cihazlardan daha az dəqiqliyə malik olurlar.  Ayağa bağlanan cihazlara pedometr də deyilir. Sübut edilmişdir ki, fermerlərin heç bir cihaz olmadan müəyyənləĢdirdikləri həvəsəgəlmələr 70% təşkil edərkən, pedometlərlə müşahidə olunan həvəsəgəlmələr 90% təşkil edir. Bu pedometrlər inəklərin fəaliyyətlərini göstərmək üçün xüsusi proqrama qoşulmuşdurlar.  Inəklər daha fəal olduqları zaman fermerlərin kompüterinə inəyin fərdi nömrəsi göstərilməklə xəbərdarlıq göndərilir.

     Qeydiyyat

    . Reproduksiya dövründə inkişafa nail olmaq üçün əsas yol qeydiyyatdır. Inəyin ilk həvəsəgəlmə dövrü heyvanların reproduktiv təqvimində və ya idarəetmə sistemində qeyd olunursa, inəyi növbəti həvəsəgəlmə üçün yoxlamaq asan olur. Bu yolla fermer məlum bir inəkdən nə zaman həvəsəgəlmə əlamətlərini gözləməli oduğunu bilir ki, bu da müşahidəni asanlaşdırır. Buzov doğulandan sonrakı ilk həvəsəgəlmə xüsusilə əhəmiyyətlidir. Fermerlər çox vaxt bu həvəsəgəlməyə diqqət yetirmirlər, çünki heyvanın onsuzda mayalanmayacağını düşünürlər. Adətən ilk əsl həvəsəgəlmə doğuşdan 4 həftə sonra görünür. Bu fermer üçün müsbət bir siqnaldır çünki, heyvanın normal həvəsəgəlmə dövrünün olduğunu göstərir. Fermerlər mütləq bu tarixi qeyd etməlidirlər ki, inəyin növbəti dəfə nə vaxt həvəsə gələcəyini müəyyən etsinlər və mayalanmanı uğurla həyata keçirsinlər. Çox sayda inəklərin həvəsəgəlmə dövrünün qeyd olunmasını müxtəlif yollarla həyata keçirmək olur.

    Qeydiyyat variantları bunlardır:

     Rəqəmsal idarəetmə sistemi
     Reproduksiya təqvimi
     Məhsuldarlıq qrafiki 
     
    İri təsərrüfatlar yüksək texnologiyalı idarəetmə sistemindən istifadə edirlər ki, bütün işlərini düzgün təşkil edə bilsinlər. Kiçik təsərrüfatlarda isə sadə və ucuz sistemlərin tətbiq edilməsi  daha əlverişli olur. Kiçik sürülərdə sürü məhsuldarlığı qrafiki və ya inək təqvimi deyilən sistemdən istifadə olunur.  

     BƏDƏN VƏZİYYƏTİNİN QEYDİ 
    Heyvanların eksteryerinin qiymətləndirilməsi 1–5 ballıq dərəcə sistemi ilə aparılır. 1 bal heyvanın yaxşı məhsuldar südlük inək olmaq üçün həddindən artıq arıq olduğunu, 5 bal isə həddindən artıq kök olduğunu göstərir ki, bu da məhsuldarlıq üçün maneələr yaradır.

     Mayalanma aspektləri  Mayalama anı uğurlu döllənmə şansını artırmaq üçün çox əhəmiyyətlidir. Mayalanma anı təkcə heyvanın həvəsəgəlmə dövrü üçün yox, həmçinin laktasiya dövrü üçün də çox əhəmiyyətlidir.  
     
    Düyələr üçün isə doğuşdan sonra mayalanma təxirə salınmalıdır, çünki düyələr birinci ildə həm də laktasiya dövründə olduqları üçün bir çox dəyişikliyə məruz qalırlar. Həmçinin doğuşdan sonra problem yaşamış inəklər daha sonra mayalansalar daha yaxşı olar.  Belə halda bu inəklər tamamilə sağala bilərlər. Yüksək məhsuldarlığı olan inəklər həmçinin sonrakı mayalanmadan da faydalana bilərlər. Onlar  erkən mayalandığı zaman südünü qurutma dövründə  olduğu müddətdə də çoxlu süd verirlər. Yadda şaxlayın ki, doğuşdan sonra nə vaxt mayalama lazım olduğuna aşağıdakı faktorlara  əsasən qərar verilməlidir: 
     Doğumla ilk mayalanma arasındakı günlərin sayı;
     Doğumdan sonra balalığın vəziyyəti  (təmiz selik ifraz edilməsi);
     Heyvanda bədən vəziyyəti haqqında qeydlər;
     Doğumdan sonra heyvanın səhhəti;
     Gözlənilən məhsuldarlıq;
     Göstərilən düzgün həvəsəgəlmə;
     Laktasiyanın sayı; 
    Balavermə intervalı naxırın məhsuldarlıq səviyyəsindən çox asılıdır. Daha az məhsuldarlığı olan təsərrüfatlar qısa balavermə intervalından yüksək məhsuldarlığı olan təsərrüfatlardan daha çox yararlana bilərlər.  
     
     Mayalanma vaxtı 
     Mayalanmamış yumurtanın yarandığı anda həyat qabiliyyəti olan toxumun mayalanma hissəsinə keçməsi üçün heyvanı mayalamaq lazım olduğundan, mayalanmalı olan hər bir heyvanın  ovulyasiya vaxtını hesablamaq çox əhəmiyyətlidir.  

    Ovulyasiya sabit həvəsəgəlmə dövründən 25 – 32 saat sonra baş verir. Başqa heyvanların sıçraması zamanı dayanma hərəkəti istehsalçıların ovulyasiya zamanını müəyyən etmək üçün ən etibarlı simptomdur.  
         
    Toxum dişi heyvanın reproduktiv sistemində təxminən 6 saat qaldıqdan sonra yumurtanı mayalaya bilir. Bu proses yetkinləşmək prosesi adlanır. Toxumun həyat qabiliyyəti adətən 18 – 24 saat davam edir. Düzgün olmayan mayalanma üsulu, qeyri - mükəmməl süni mayalanma texnikası və ya toxumdan düzgün istifadə edilməməsi mayalanma üçün yararlı olan toxum hüceyrələrinin sayını kəskin şəkildə azalda bilər və nəticədə mayalanma  səviyyəsinin aşağı düşməsinə səbəb olar.  
           
    Yumurta balalıq borusunda ovulyasiya olan hissədən mayalanma hisssəsinə çox sürətlə keçir. Yumurtanın mayalanma ömrü toxumunkundan daha qısadır. Ovulyasiya olunmuş yumurtalar mayalanmaya hazır vəziyyətdə (10 – 20 saat) mayalanmış olduqları vəziyyətdən (8 – 10 saat) daha uzun olurlar. Bu interval artdıqca embrionun məhv olma ehtimalı da artır. Buna görə də həyat qabiliyyəti olan toxum mayalanma hissəsində yeni ovulyasiya olunmuş yumurtanın yaranmasına hazır olmalıdır. Çox erkən və ya çox gec mayalanma köhnə toxum və ya köhnə yumurtanın mayalanma hissəsində qarşılıqlı təsirinə səbəb olur ki, bu da zəif mayalanma ilə nəticələnir.  
            
    2-ci fəsildə heyvanın həvəsəgəlmə dövrünün müxtəlif mərhələləri təsvir edildi. Bu fəsildə erkən, sabit və son həvəsəgəlmə dövrləri bir–birindən fərqli şəkildə təsvir edilir. Süni mayalanma üçün optimal vaxt sabit həvəsəgəlmə dövrünün ikinci yarısı və son həvəsəgəlmə dövrünün başlanğıcıdır. Heyvanın sabit həvəsəgəlmə dövründə olduğunu müəyyənləşdirmək üçün həlledici faktor odur ki, heyvan sabit həvəsəgəlmə dövründə başqa heyvanların ona sıçraması zamanı sakit dayanır.

    Ümumilikdə, mayalanma həvəsəgəlmənin ilk əlaməti görünəndən 12 saat sonra həyata keçirilməlidir. Əgər şübhəniz varsa, erkən süni mayalanma etməlisiniz, çünki əgər heyvan mayalanmadan sonra da həvəsə gəlmiş vəziyyətdə olacaqsa o zaman heyvanı yenə mayalamaq olar. Əks halda Siz 21 vacib günü itirmiş olacaqsınız. Yadda saxlayın ki, heyvanın həvəsə gəlib–gəlmədiyinə əmin deyilsinizsə o zaman mayalanmanı çox ehtiyatla təkrar aparmaq lazımdır. Çünki əgər heyvan daha əvvəl mayalanıbsa, bu zaman siz balalıq boynuna və boğazlığın ilk mərhələsində olan embriona zərər verə bilərsiniz. Süni mayalanma texnikası növbəti fəsildə təsvir olunub.  
     
    Estrusun  sinxronizasiyası.  
    Böyük təsərrüfatlar estrus sinxronizasiyasından bəhrələnə bilərlər. Bu üsul işləri asanlaşdırır, çünki bəzi günlər həvəsəgəlməni müəyyənləşdirmək və inəyi mayalamaq üçün çox münasib olur. Bu münasiblikdən əlavə, estrusun sinxronizasiyası balavermədə pik nöqtələri müəyyən edir. Bu böyük təsərrüfatlarda doğuşu daha səmərəli edir, belə ki, işçilər bala verən inəklərə daha çox diqqət edə bilir və bu faktor heyvanın təbii reproduktiv dövrünün idarə edilməsini asanlaşdırır. Bəzi ölkələrdə inəklərin yayda və ya qışda daha çox süd verməsi maliyyə cəhətdən daha maraqlıdır.  
     
     Heyvanların eksteryerinin qiymətləndirilməsi. 

    Heyvanların uğurla mayalandırılması üçün onların eksteryerinin qiymətləndirilməsi çox vacibdir. Balavermə dövründən sonra heyvanların çox arıqlaması ketoz xəstəliyinin göstəricisi ola bilər və zəif məhsuldarlıq da daxil olmaqla bir çox problemlərə səbəb ola bilər. Laktasiya dövründəki inəklərin ideal eksteryer qiyməti 2,5–3,5 bal arasında olmalıdır.  
    Ġnəklər yenidən süd verməyə baĢlayanda çəki itirirlər. İnək südünü qurutma dövründə bədəni ehtiyat enerji yığır və süd istehsalına baĢlayanda bu ehtiyat istifadə olunmağa başlayır. Heyvan bala verdikdən sonra süd istehsalı üçün ona aldığından daha artıq yem lazım olur. BaĢqa sözlə onun istehsal etdiyi südə sərf olunan enerji qəbul etdiyi yemin enerjisindən  daha yüksək olur. Bu dövr Neqativ Enerji Balansı dövrü adlanır. (NEB). 
    Xüsusilə südlük cins inəklər, məsələn Holşteyn Friz cinsi bala verdikdən sonra ilk mərhələdə bu cür çəki itkisinə daha çox həssas olurlar. Buna görə də NEB – nı minimuma endirmək çox vacibdir, çünki bu heyvanın sağlamlığına və balaverməsinə mənfi təsir göstərir. Bu səbəblə inəyin həftəlik eksteryer  qiymətləndirilməsinin aparılması çox vacibdir. 
    Tədqiqat göstərir ki, heyvanın eksteryerinin qiymətləndirilməsi zamanı 1 bal itirən heyvan, ilk həvəsəgəlmə əlamətini 0,5 bal itirən heyvandan 14 gün sonra göstərəcək.  

    Parametrlər/ eksteryer qiymətlərinin azalması
    < 0.5 0.5 – 1.0 > 1.0
    Eksteryer  qiyməti   -  balavermədən əvvəl 3.7 4.1 4.5   
    Balavermə intervalı – 1- ci həvəsəgəlmə (günlər) 48 41 62
    Balavermə intervalı – 1- ci mayalanma (günlər) 68 67 79
    Boğazlıq  faizi (%) 65 53 17 

    Nəzərə alınmalı digər məsələlər: 
     
     Əmin olun ki, mayalanacaq  inək həqiqətən həvəsə gəlib ; Tədqiqatlar göstərir ki, mayalanmış heyvanların 7 – 20 faizi həvəsə gəlməmiĢ olur. 
     Əvvəlcə inəyi fiksasiya edin, daha sonra mayalamağa baĢlayın; inəyin fiksasiya edildiyi yer inəyə tanış olmalıdır və stressdən uzaq olmalıdır. Lazımsız həyəcan fizioloji mexanizmlərə müdaxilə edərək yaxşı nəticə əldə etməyə mane ola bilər.  
     Qabaqcıl sanitariya proseduralarını və mayalanma təcrübələrini inkiĢaf etdirin.  Yaxşı vərdiş qazanmaq pis vərdişləri unutmaqdan daha asandır: 
     Mayalanma alətləri həmişə quru və təmiz saxlanmalıdır. Mayalanma alətləri istifadə edilənədək öz qablarından çıxarılmamalıdır. 
     Mayalanma alətləri yığıldıqdan sonra çirklənmədən və soyuqdan qorunmalıdır. ( Əyində olan paltarların arasında)
     Rektumu(düz bağırsağın girişini) yağlamaq üçün istifadə olunan materiallar vulva bölgəsinə toxunmamalıdır. Yağ maddələri adətən spermatazoidləri məhv edir. Qıcıqlandırıcı məhsullar istifadə etməkdən çəkinin. 
     Vulva bölgəsi kağız dəsmalla təmiz – təmiz silinməlidir. Bu reproduktiv hissənin daxilinin çirklənməsinin və yoluxmasının qarşısını alır. Qatlanmış kağız dəsmal vulvanın aşağı hissəsinə salına bilər. Bundan sonra mayalanma çubuğu kağız dəsmalın arasından vulvanın dodaqlarına toxunmadan vaginaya salına bilər.

     
     Toxumun əridilməsi (Dondurulmuş toxumun aktivləşdirilməsi)   
    Toxumu mayalanma üçün istifadə etməzdən əvvəl toxum çubuqların donu açılmalıdır. Onu azot konteynerindən çıxarıb içərisində 30°C temperaturda ilıq su olan temperaturasına nəzarət edilən  qabda 45 saniyə saxlamaq lazımdır.  
    Məhz bu temperatur, donu əritmə və mayalama zamanı toxumun məruz qaldığı yeganə temperatur dəyiĢikliyi olmalıdır. Daha yüksək və ya aĢağı temperatur dəyiĢikliyi toxuma zərər verəcək, çünki sperma hüceyrələri temperatur dəyiĢikliyinə qarĢı çox həssasdır.  
    Əlavə olaraq, təkanlar, su, qan və birbaĢa gün iĢığı toxumun keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. ġpris kateter süni mayalanma mütəxəssisi tərəfindən inəyin yanına aparılanadək içərisindəki toxumun temperaturu bədən temperaturu səviyyəsində saxlanılmalıdır.  
             
    STANDART ƏMƏLĠYYAT PROSEDURLARI            SÜNĠ MAYALANMAYA HAZIRLIQ

     ġpris-kateteri bədəninizə  yaxın saxlayaraq onu isidin; 
     Toxum çubuqlarını azot qutusundan maqqaĢla götürün;
     Toxum çubuğunu götürdükdən sonra 3 saniyədən artıq azotsuz saxlamayın;
     Toxum çubuğunun donunu açın;
     Çubuğu şpris-kateterə qoyun;
     Əmin olun ki, çubuğun içərisindəki hava çubuğun üst tərəfindədir;
     Çubuğun 1- ci santimetrini qayçı ilə kəsin;
     Əmin olun ki, şpris-kateter işə hazır vəziyyətdədir;
     Mayalanma edənədək şpris-kateteri bədəninizə yaxın saxlayın. 
     
    Mayalanma texnikası


    Mayalanma texnikası və hazırlıqları balavermə faizinə əhəmiyyətli dərəcədə təsir göstərir. Balalıq steril, təmiz bir yer olduğu üçün əmin olun ki, gigiyenaya kifayət qədər diqqət göstərirsiniz. Balalığa bakteriyanın düĢməsi endometritə (balalığın daxili qişasının iltihabına) səbəb olur. SM texniki istifadə etdiyi plastik əlcək və yağlar  həmiıə təmiz olmalıdır.  
    Əlinizi düz bağırsağa salmadan əvvəl barmaqlarınızı konus şəklində tutun. Sonra isə əlinizi ehmalca heyvanın anus dəliyinə salın. Adətən bu hərəkət defekasiya refleksi yaradır. HəmiĢə əl müayinəsinə davam etmədən düz bağırsaqda olan peyini(kalı) təmizləyin. Əmin olun ki, yağlardan kifayət qədər istifadə etmisiniz.  

     Düz bağırsağın içərisində Peristaltika dalğalarının əksi  istiqamətində və ya içi hava ilə dolmuş düz bağırsağın əks istiqamatində əl ilə müayinə yol verilməzdir. Düz bağırsaq hava ilə dolu olanda biraz irəlidə ilk rectum dəliyini tutun  və sonra ehmalca geri çəkin. Adətən bu hərəkət, düz bağırsağın içərisindəki hava dalğasının çıxmasını asanlaşdırır.  
    Gigiyena şpris-kateterin daxilə salınmasından əvvəl çox ehtiyatla yoluxmanın qarşısını almaq üçün tədbir görmək lazımdır. Bir əlin düz bağırsağın içərisində olduğu vaxt, vulva və onun  ətraf  nahiyələri kağız dəsmalla çox təmiz silinməlidir. ġpris-kateter heyvanın bədəninin çöl hissəsinə dəymədən içəri salınmalıdır. Mayalanma zamanı optimal gigiyenik qaydalara əməl etmək vacibdir. ġpris-kateterə çirkli heç bir şey toxunmamalıdır bu o deməkdir ki, vulvanın dodaqları aralı tutulmalıdır. Optimal mayalanma gigiyenası üçün standart əməliyyat proseduralarına əməl etməklə nail olmaq olar.  
    Balalıq boynunun yerinin müəyyən edilməsi
     Sizin rectal müayinə zamanı orientasiya nöqtələriniz çanaq sümüyü, bud sümüyünün mili və balalıq boynudur. Əvvəlcə əlinizi çanaq sümüyünün kənarına yerləşdirin və sonra yumulmuş əlinizi kənarlara sürüşdürün.  
    Bundan sonra balalıq boynunu çanaq sümüyünün düz üstündə möhkəm, silindr şəkilli bir struktur kimi yerləşdirin. ġpris-kateterin uğurlu keçməsi üçün balalıq boynu hərəkətsiz olmalıdır və rectum bölgəsində əlinizi tutmaqla bu vəziyyətə nəzarət etməlisiz.  
    Balalıq boynu kifayət qədər irəli itələnməyəndə ola bilər ki, şpris-kateter balalıq boynunun xarici girişindən kənar keçsin və tağabənzər törəmə hissəsində sıxıĢıb qalsın. Bundan sonra, ola bilər ki, mayalanma zamanı balalıq boynunun qatlamalarından biri şpris-kateterə maneə törətsin.  
    Nadir hallarda balalıq boynu hətta bağlana bilər. Bu yalnız ilk dəfə boğaz olan düyələrdə tam inkişaf etməmiş balalıq boynu olanda baş verir. Ümumilikdə balalıq boynunun içərisi və divarları qalın və kobud olur və şpris-kateterin balalıq boynu içərisində hərəkət etməsinə imkan verir. Ancaq, mayalanma zamanı heç vaxt artıq təzyiqlə balalıq boynunun açıq hissəsinə itələnməməlidir.  
    Şpris-kateterin salınması Mayalama şpris-kateteri açıq vulvaya 35° - 45° - dərəcə altında yuxarıya doğru, 5 – 7 sm salınmalıdır və sonra yavaş – yavaş balalıq boynuna çatanadək üfüqi istiqamətdə əyilməlidir.  

    STANDART ƏMƏLĠYYAT PROSEDURLARI 

    SÜNĠ   MAYALANMADAN  ƏVVƏL  VƏ  SONRA  MÜġAHĠDƏLƏR 
     Doğumdan 60 gün sonra həvəsəgəlmə əlamətləri göstərmirsə inəyin sağlamlığını yoxlayın;
     İlk mayalama doğumdan 50 – 85 gün arasında aparılmalıdır;
     DoğuĢdan 85 gün sonra döllənmənin olması üçün bütün lazımi tədbirlər görülməlidir;
     İnəyin eksteryer göstəricilərini yoxlayın və qeyd edin;
     Doğumdan sonra ilk həvəsəgəlmə zamanı heyvanı mayalamayın;
     Daha əvvəl süni və ya təbii mayalanma olub olmadığını öyrənin;
     İnəyin vulvasının və vulvadakı seliyin təmiz olmasını yoxlayın;
     Mayalanmadan sonra Ģpris-kateterin təmiz olub – olmadığını yoxlayın;
     Həvəsəgəlmədən sonra qanaxma olub – olmadığını yoxlayın. 

    OPTİMAL MAYALANMA GİGİYENASI  

     Düz bağırsaqdakı əlinizi yuxarıya doğru və kənara qaldırın ki, vulvanın dodaqlarını aralayasınız;
     Əlinizin barmaqlarını baş barmağınız aşağıda olmaq şərtilə düz bağırsağın içərisinə yerləşdirin. Baş barmağınızı kənara doğru hərəkət etdirməklə və vulvanın əksinə doğru itələməklə dodaqları aralayın. 
     Əgər yuxarıdakı üsulların  heç biri işləməsə, bir parça birdəfəlik kağız vulvanın dodaqlarının arasına yerləşdirilməlidir və  kağızın mərkəzi yarıqda qalmalıdır. 

    ŞPRIS-KATETERĠN  SALINMASI  

     Heç vaxt şpris-kateteri vaginadan çıxarıb yenidən salmaq olmaz. Bu vaginanın içərisinin çirklənməsinə səbəb olar. 
     Əgər şpris-kateter vaginaya yaxşı yerləşdirilibsə sidik və ya kal kütlələri gələn zaman onu çıxarmaq olmaz. Belə hallarda şpris-kateteri biraz kənara çəkərək sidik və ya kal kütlələrinin şpris-kateteri çirkləndirməsinin qarşısını alın. 
     şpris-kateteri məcburi hərəkətlə yerləşdirməyə çalışmayın.
     şpris-kateteri heç vaxt məcburi hərəkətlə balalıq boynuna salmayın, çünki bu balalıq boynunun absesinə və ya deĢilməsinə səbəb olar. 
     Balalıq bakterioloji steril orqandır, buna görə də şpris-kateterin oranı çirkləndirməsinə yol verməyin. 
     Balalıq boynunun son hissəsində mayalanmanı edin (balalıq boynunun kənarı- balalığın başlanğıcı)
     Estrus və ya boğazlıqdan şübhələnirsizsə, o zaman balalıq boynunun başlanğıcında, ikinci balalıq boynu dairəsindən uzaq olmadan mayalanmanı aparın.  
     
     Daha sonra, balalıq boynunun vaginal hissəsindən tutun və ehmalca irəli itələyin. Bu hərəkət balalıq boynunun kənar  hissəsinin və tağabənzər törəmə hissəsinin şpris-kateterin balalıq boynu içərisindəki keçidinə mane olmasının qarşısını alır. Bu mərhələdə balalıq boynunu çanağın aşağı və ya yan hissəsinə doğru hərkətsiz saxlayın. Balalıq boynunu baş və ikinci barmaqla tutmaqla, şpris-kateteri balalığa çıxış hissəsinə yönəldə bilərsiniz. şpriskateterin balalıq boynuna daxil olması rektum hissəsindəki əl vasitəsilə yerinə yetirilə bilər. Əgər şpris-kateteri tağabənzər törəmə hissəsində hiss etmirsizsə əmin ola bilərsiz ki, o balalıq boynuna daxil olub.  
    ġpris-kateterin hərəkəti azacıq təzyiq tətbiq etməklə balalıq boynunun üfüqi və şaquli istiqamətdə hərəkət etdirilməsi vasitəsilə tamamlanır. Siz əmin ola bilərsiniz ki, şpriskateterin ucu balalıq boynunun sonunda hiss olunur və şpris-kateter daxili dairələrdən keçmişdir. Şpris-kateter daxili dairələrdən 2 sm – dən artıq keçməməlidir. Bu mərhələdə toxum yerləşdirilə bilər.   Toxum balalıq boynunun düz sonunda və balalığın başlanğıcında yerləşdirilməlidir ki, balalığa daxildən şpris-kateter vasitəsi ilə zərər verilməsin.  
    Toxumun balalığın başlanğıcında yox, balalıq buynuzlarından hər hansı birində yerləşdirilməsi döllənmənin  mümkünlüyü ehtimalını azaldır.  
     
    Müşahidə və qeydiyyat

    Mayalanmadan sonra şpris-kateter vulvadan çıxarılmalı və şpris-kateterin ucu diqqətlə yoxlanmalıdır.  Orada hər hansı bir qan, irin, ixorozlu eksudat və s. kimi patoloji maye bulaĢıqları cinsiyyət orqanlarında patoloji proseslərin mövcudluğunun göstəricisidir.  
    SM texniki adətən mayalanma və heyvan haqqında qeydi özü aparır. O hər bir mayalanma üçün standart prosedura istifadə etməlidir ki, qeydiyyatda səhvə yol verməsin. O həmçinin mayalanma haqqında qeyri – normallıqları, tonus olub – olmamasını, seliyin təmiz olub – olmamasını və inəyin sağlamlıq vəziyyətini qeyd etməlidir.  

    MAYALANMA TEXNĠKASI ÜÇÜN ÜMUMĠ QAYDALAR

      Vaginanın aşağı hissəsində balalıq yoluna keçmə ehtimalını aradan qaldırmaq üçün şpris-kateteri 30 – 450 bucaq altında tutaraq vulvaya salmaq lazımdır.  
     
     Vaginanın ön hissəsi, forniks vagina adlanan yer, şpris-kateter irəli və balalıq boynundan kənar bir istiqamətdə itələndiyi zaman olduqca asanlıqla uzanır. Bu şpriskateterin balalığın içərisi ilə düzgün hərəkət etməsi kimi yalnış təəssürat yarada bilər, ancaq həqiqətdə şpris-kateter yuxarı, aşağı və ya kənarlara hərəkət edə bilər. Süni mayalama mütəxəssisi şpris-kateteri vaginanın içərisində hiss etməyi bacarmalıdır, ancaq diqqət etmək lazımdır ki, onun  ucu  balalıq  boynundan  yan  keçməsin. 
     
     Yadda saxlayın ki, balalıq boynunun açıq hissəsini şpris-kateterin üstünə yerləĢdirməlisiniz. Balalıq boynunu şpris-kateterin üzərinə keçirdiyiniz zaman şpriskateteri asta təzyiqlə irəli itələyin.    Toxumun yerləşdiriləcəyi yer, balalığın gövdəsi kiçik bir yerdir. ġpris-kateterin ucunun diqqətlə yerləşdirilməsi demək olar ki, süni mayalanmada ən vacib bacarıqdır. Süni mayalama mütəxəssisləri adətən bu hədəf hissəni şpris-kateteri hərəkət etdirdikləri zaman balalıq boynunun kənar hissəsini və Ģpris-kateterin ucunu əlləri ilə hiss edərək müəyyən edirlər. Xəbərdarlıq: toxumun balalıq boynunda və ya balalıq buynuzunda yerləĢdirilməsi döllənmə ehtimalının azalmasına və hətta balalığın selikli qiĢasının  cızılmasına səbəb ola bilər.  
     
     ġpris-kateterin ucu düzgün vəziyyətdə - balalıq boynunun sonu və balalıq gövdəsinin baĢlanğıcında olanda toxumu yerləĢdirin. Toxumun yerləĢdirilməsi təxminən 5 saniyəyə baĢ verməlidir. Toxumun ləng yerləĢdirilməsi toxum çubuğundan daha az
     toxumun gəlməsinə səbəb olur ki, bu da toxumun dağınıq Ģəkildə bir balalıq buynuzuna tökülməsi ilə nəticələnir. Cəld hərəkətlə toxumun yerləĢdirilməsi isə toxuma zərər verir və döllənmənin mümkünlüyü ehtimalını azaldır.  
    Toxumun yerləĢdirilməsi zamanı, əmin olun ki, əlinizin barmaqları toxumun düzgün tökülməsinə mane olmasın. Barmaqlar Ģpris-kateteri toxumun töküləcəyi yerdə hərəkətsiz tutmalıdır.  
      Ehtiyatlı olun ki, toxumu tökdüyünüz zaman Ģpris-kateteri geri çəkməyəsiz. Toxumu tamamən tökdükdən sonar Ģpris-kateteri ehmalca geri çəkin.  
      Əgər toxumu tökdüyünüz zaman inək və ya Ģpris-kateter tərpənmiĢdirsə, bu zaman Ģpris-kateterin ucunu yenidən doğru istiqamətdə yerləĢdirdikdən sonra toxumu tökün.  
     
    TOXUMU ĠSTĠFADƏ ETMƏK ÜÇÜN ÜMUMĠ QAYDALAR 

     Toxum çubuqlarını ən az 30 saniyə ilıq suda (30°C) əridin. Donmuş toxum çubuğunu azot qabından çıxarmazdan əvvəl həmişə suyun temperaturunu yoxlayın. Ərimə müddətinə nəzarət edin və heç vaxt çubuqları köynəyinizin cibində əritməyin.   Toxum çubuqlarını yerləşdirərkən kanisterin don xəttindən aşağıda olmasına diqqət edin. Bu proses zamanı kanisteri çox yüksəyə qaldırmayın və ya çox uzun müddətdə yuxarıda  saxlamayın. Əgər toxum çubuğunu  5- 10 saniyə ərzində yerləĢdirə bilməmisinizsə, onda kanisteri yenidən balona qaytarın və təkrar cəhd edin.   Hər dəfə yalnız bir çubuğu əridin. Bir neçə çubuğun eyni zamandə əridilməsi spermanın keyfiyyətinin  aşağı düşməsinə səbəb olur.   Həmişə çubuğu kağız dəsmalla qurulayaraq daha sonra mayalanma şprisinə yerləşdirin. Su toxum üçün çox zərərlidir.   Toxum çubuğunu çıxardığınız zaman kağız dəsmal vasitəsilə günəş işığından qoruyun.   isti və ya soyuq da toxumun morfoloji xüsusiyyətlərini və hərəkətliliyini zədələyir.   Toxum çubuqlarını qabdan əlinizlə yox maqqaşla götürün. Bu texnikin təhlükəsizliyi üçün vacibdir. Maye azot “soyuq yanıqlar”-na səbəb ola bilər.   Toxum çubuqları bağlı hissədə, 90 dərəcəli bucaq altında kəsilməlidir. Sonra isə toxumun şpris-kateterin içərisinə tökülməməsi üçün plastik örtük adaptoruna yerləĢdirilməlidir.  Sabun və digər yuyucu vasitələr toxum üçün məhvedici gücə malikdir. Buna görə də, mayalama zamanı həmiĢə toxuma zərər verməyəcək süni mayalama yağlarından  istifadə edin.   ġpris-kateterin dəstəyini həmişə şpris-kateterə toxumu yerləşdirərkən təxminən 14 sm geri çəkin.  Dəstəyi mayalama şpris-kateterinə asta, ehmal hərəkətlə yerləĢdirin. Bu hərəkət cəmi 5 saniyə davam etməlidir.  Plastik örtükləri gün işığı olmayan sərin yerdə saxlayın ki, zədələnməsin. Gün işığı onların yığılıb kiçilməsinə və yararsız vəziyyətə gəlməsinə səbəb olur.   Bütün alətlərin işlək olduğuna və yardımçı maddələrin düzgün saxlandığına əmin olun ki, uğurlu süni mayalama apara bilmək üçün çətinliklərlə üzləşməyəsiniz
     
    Maye azotdan istifadə 


    Qəzaların qarşısını almaq üçün  maye azotdan ehtiyatla istifadə etmək lazımdır. Aşağıdakı bəndləri yadda saxlamaq vacibdir:  
     
    Maye azotdan istifadə ilə bağlı təhlükələr:
       Maye azotun buxarı sürətlə dəri toxumalarını və göz mayesini dondurur və soyuq yanıqlara, donvurmaya və ciddi göz zədələnmələrinə səbəb olur. 
     Maye azot buxarlandığı zaman 1 litr  azot 700 litr qaz həcmində olur və qoxu və ya iy kimi xəbərdarlıq xüsusiyyətləri yoxdur. Beləliklə, 19,5%-dək oksigen azalmasına səbəb olacaq miqdarda azotun buxarlanması nəticəsində oksigen çatışmazlığı riski yaşanır ki, bunun da nəticəsində huşunu itimə və hətta ölüm də baş verə bilər. 
     Boğulma təhlükələrinin qarşısını almaq üçün əmin olun ki, otaqda yaxşı havalanma sistemi mövcuddur. 
     Düzgün ventilyasiya və nizam qablar olmadığı halda buxarlanma nəticəsində həddindən artıq təzyiq yarana bilər. İstifadəçilər əmin olmalıdırlar ki, alçaq temperaturaya davamlı mayelər bağlı halda saxlanmamalıdır. Təzyiqə davamlı kağız dəsmal və ya havalandırma qapağından istifadə edərək təzyiqin yığılmasının qarşısını almaq olar.  
     
    Maye azotdan təhlükəsiz istifadə :
     Maye azot yaxşı havalandırma olan yerdə istifadə olunmalıdır, qaynamanın və sıçramanın qarĢısını almaq üçün yavaĢca tərpədilməlidir. Maye olan konteynerdən əşyaları götürmək üçün maqqaşdan  istifadə edin.   
    • Yalnız sertifikatlaşdırılmış  konteynerdən istifadə edin. Zərbəyə dayanıqlı və çox aĢağı tempratura davamlı konteynerlər istifadə olunmalıdır. Karbon polad, plastik və kauçuk kimi materiallar bu temperaturada davamsız olur. 
    • Maye azotu ağzı boĢ qapaqlı qabda saxlayın (Heç vaxt maye azot olan qabı möhürləməyin) Qapağı sıx bağlanmış konteynerdə təzyiq yarandığı üçün maye qaynayacaq və qısa bir müddət keçdikdən sonra partlayış baş verə bilər.
      • Heç vaxt izolyasiya olunmamıĢ qabda olan mayeyə toxunmayın. Əliniz çox soyuq olan materiala yapıĢa bilər. Hətta metal olmayan materiallar belə aşağı tempraturda təhlükəlidir. 
     • Heç vaxt silindrin qapağı və ya konteynerin dəstəyi kimi təhlükəsizlik alətlərini tərpətməyin və dəyişməyin.
    • Maye azot ancaq yaxşı havalandırması olan yerdə saxlanmalıdır. (heç vaxt bağlı yerdə saxlamayın). 
    • Maye azotu uzun müddət qapaqsız konteynerdə saxlamayın.   
     • Silindr və termoslar tutumundan 80% - dən artıq doldurulmamalıdır. Çünki qızma zamanı qazların geniĢlənməsi artıq təzyiqin yaranmasına səbəb olar.  
     
    Şəxsi Qoruyucu Geyim
     Aşağı temperatura davamlı mayelərin daşınması və ya istifadəsi zamanı sıçrama və ya partlayışla bağlı zədələnmələri azaltmaq üçün təhlükəsizlik şüşələrindən istifadə edilməlidir.   
     Maye azotdan istifadə zamanı termal izolyasiyalı və ya dəri əlcəklər, uzun qol köynəklər və manjetli şalvarlar geyinilməlidir. Konteynerlərdən istifadə zamanı təhlükəsizlik ayaqqabıları da geyinmək məsləhət görülür.    
     
    AVADANLIQLARIN SAXLANMASI VƏ QULLUĞUNA DAĠR ÜMUMĠ QAYDALAR. 

     Süni Mayalandırmaq üçün avadanlıqlar dəsti Yaxşı saxlanan mayalanma dəsti və ya qutusu həmişə tozdan, çirkdən və peyindən təmiz olmalıdır. Təmiz olmayan avadanlıqlar inəyin balalığına infeksiya düşməsi ehtimalı artırır.  Əsas dəstə bunlar daxil olmalıdır:  
     Termometr və əritmə üçün isti su qabı;
     Qayçı;
     MaqqaĢ; 
     Ən azı 2 Ģpris-kateter (4-5 arzuolunandır);
     Yaşıl adaptorlu plastik birdəfəlik üzlüklər;   Plastik- birdəfəlik dirsəyədək olan əlcəklər;
     Kağız dəsmallar;  Kiçik fışqırtmalı qabda SM yağı (yuyucu toz və ya sabunlar toxumu məhv edir);
     Kiçik plastic bankada 95%- lik spirt və ya başqa növ dezinfeksiyaedici məhlul ;
     Qələm və yazmaq üçün kağız ;
     Göz qoruyucu eynəklər . 
    Əsas SM dəstində hər hansı bir alətin çatışmamazlığı düzgün toxum istifadəsinə mane olur. Həmişə toxum çubuqlarını əritməzdən əvvəl bütün mayalanma dəstinin tam olmasından əmin olun.  
    Maye azotun saxlanma balonu SM texnikinin ən əhəmiyyətli avadanlığı toxum saxlama balonudur. Maye azotun daha uzun müddət saxlana bilməsi üçün azot balonunu günəş işığından uzaqda, sərin, təmiz, quru, tozsuz və yaxşı havalanan şəraitdə, hər gün asanlıqla götürülməsi mümkün olan yerdə saxlamaq lazımdır. Balonu heç vaxt beton döĢəmədə qoymayın, həmiĢə onu taxta və ya qalın kardonun üzərində qoyaraq beton döşəmədəki turşuların balonun alt hissəsi ilə korroziyaya uğramasının qarşısını alın.  
    Düzgün istifadə etməklə azot balonunu uzun illər saxlamaq olar, buna baxmayaraq bütün maye azot betonları illər keçdikcə köhnələrək və vakuumun itməsi nəticəsində yararsız hala gələcək. Balonun köhnəlməsinin ilk əlaməti balonun boğazında qalın, buzlu donun yığılması və ya maye azotun buxarlanması nəticəsində balonun üst hissəsində vakuum yaranmasıdır. Ayda iki dəfə balondakı azotun səviyyəsini ölçü çubuğu ilə yoxlayın və sadə bir qeydiyyatla azot səviyyəsindəki dəyişikliyi nəzarətdə saxlayın. Əsas qayda odur ki, saxladığınız toxumun keyfiyyətinə zərər verməmək üçün maye azotun səviyyəsi toxumun 
     səviyyəsindən aşağı olmadan balonu doldurun. 

    Məhsuldarlıq məsələləri 
     
    Bu fəsildə, bəzi idarəetmə məsələləri və məhsuldarlıq nəticələrini yaxşılaşdırmaq üçün variantlar təqdim edilir. Əsas məsələ balalamadan sonra ilk andan etibarən məhsuldarlığa diqqət etməkdir.  

     Heyvanlara doğumdan  sonrakı qulluq Balavermədən dərhal sonra inəyə optimal qulluq olmalıdır belə ki, bu növbəti boğazlıq üçün hazırlıq deməkdir.  İnəyin bədəni bir çox dəyişikliyə məruz qalır və doğuşdan sonra bədən hormonların təsiri altında əvvəlki vəziyyətinə qayıdır. O süd istehsal etməyə baĢlayır, bədən çəkisini itirir və öz laktasiya dövrünün ən zəif mərhələsini yaşayır. Doğuşdan 24 saat sonra balalıq boynu təkrar bağlanır. Tamam sağalmaq üçün balalığa 3-4 həftə lazımdır.  .  
     
    Məhsuldarlıq məsələləri  
    Endometrit Çətin doğuş keçirmiş, əkiz bala vermiş və ya gecikmiş sondan əziyyət çəkən inəklər endometrit xəstəliyinə daha həssas olurlar. Endometrit çox vaxt idarəetmə səviyyəsində buraxılan səhvlər ucbatından yaranır. Heyvanın südünün qurutma dövründə yemləmə xüsusilə əhəmiyyətlidir. Heyvanın düzgün bədən çəkisi və yaxĢı qidalanma vəziyyətində bala verməsi problemsiz laktasiya dövrünün başlanğıcı üçün şansı artırır.  
    Endometrit çox vaxt inəyin plasentasının düşməməsi nəticəsində baş verir. Endometritin simptomları qızdırma və güclü qoxuya malik vaginal ifrazatdır. Bu iltihab müalicə olunmazsa, xronik bir iltihaba çevrilər ki, bu da aşağı döllənmə nəticələrinə gətirib çıxaracaqdır.  
    Xroniki endometriti olan inəklərdə vulvadan ağ rəngli ifrazat gəlir. Ancaq son tədqiqatlar göstərir ki, təxminən inəklərin 20% - i xroniki endometritdən əziyyət çəkir ancaq onların yalnız 10% - i bunu ağ ifrazatla bəlli edir. Digər 10% -i inəklərdə də iltihablaĢma olur ancaq iltihab mayesi balalığın içərisində qalır. Xronik iltihablaşması olan inəklərin ilk mayalanmadan döllənmə ehtimalı 12% -dən az olur.  
    Xronik iltihablaşması olan inəklərin əksər hissəsi öz – özünü “təmizləyir”, ancaq buna baxmayaraq yaxın nəzarət güclü olmalıdır. Ümumilikdə bala verdikdən sonra ilk ayda simptomları göstərən inəklər öz–özlərini təmizləyirlər. Əgər bu ilk aydan sonra simptomlar davam edirsə, tədbir görülməlidir. Xəstə olan heyvanlarda kəskin endometrit görülən kimi tədbir görülməlidir.   

    Gecikmiş plasenta
    GecikmiĢ plasenta adətən südünü qurutma dövründə heyvanın yaxşı yemlənməməsi və ya doğuş vaxtı çətinliklər baş verməsinin nəticəsidir. Xüsusilə ağır çəkili buzovlar buna səbəb olur. Normal halda plasenta doğuĢdan 6–12 saat sonra çıxmalıdır. Heç vaxt özünüz plasentanı çəkib çıxarmağa çalışmayın, ancaq gecikmə baş verəndə baytarınızla məsləhətləĢin. 

    Antibiotiklərin istifadəsi 

    Gecikmiş plasenta və endometrit zamanı antibiotiklərdən istifadə ilə bağlı yanaşmalar dəyişməkdədir. Müxtəlif ölkələrdə baytarlar inəyin təbii sağalma prosesinə daha çox diqqət verməyə çalışırlar. Xüsusilə öz standart əməliyyat proseduralarında antibiotiklərdən istifadəyə yer verən fermerlər bunu bir daha düşünməlidirlər. Bunun səbəbi odur ki, antibiotiklər həmdə doğuş kanalındakı bütün yaxşı bakteriaları da öldürür. Əlavə olaraq, antibiotiklərin səhv istifadəsi bakterial müqavimətə də səbəb ola bilər. Əlbəttə, aşkar şəkildə xəstəlikdən əziyyət çəkən heyvanlar antibiotiklərin istifadəsindən bəhrələnəcəklər.  

    Yemlənmə Doğuşdan sonra inəyə ilıq su verin, daha yaxşı olar ki, suya elektrolit və ya enerji qarışığı qatasınız. inək bala verdikdən dərhal sonra  birdəfəyə 25 – 75 litr su içə bilər. Suyun içilməsi zəncirvari reaksiya yaradır və doğuşun ilk günündən yaxşun qidalanmaya səbəb olur. 

    Belə bir fakt vardır ki, əgər inək doğuşun ilk günündən yaxşı qidalanmırsa, o zaman doğuşdan 3 həftə sonra qidalanmada getdikcə azalma görünəcək. Yaxşı qidalanmayan inək Neqativ Enerji Balansından əziyyət çəkəcək. Neqativ Enerji Balansı olan inəyin yumurtalıqlarında follikulun inkiĢafı azalacaq və nəticədə yumurtalıq kistası və ya yumurtalıqda passivlik yaranacaq. 

    Eterifikasiya olunmamış yağ turşuları inək Neqativ Enerji Balansından  əziyyət çəkərkən bədənin bir çox ehtiyatları səfərbər olunur. Bədənin yağ ehtiyatı parçalandığı zaman, qan dövranında efriləşəmiĢ yağ turşuları yaranır. Yüksək miqdarda EYT (efirləşməmiş yağ turşuları) qəbul olunmuş enerji ilə sərf olunan enerjinin arasındakı fərqi göstərir. Qanda yüksək YET-nın cəmləĢməsi yeni yaranan follikullarda da yüksək miqdarda YET deməkdir. Bu həmin follikulların keyfiyyətinə və beləliklə də yumurta hüceyrələrinə mənfi təsir göstərəcək. 

    Kistalı yumurtalıqlar: follikul kistası 70% və sarı cismin kistası 30%

    Kökəltmə zamanı və ya pis yemləmə rejimi səbəbi ilə inəkdə kistalı yumurtalıqlar yarana bilər.  Bu həmdə yüksək Neqativ Enerji Balansından  əziyyət çəkən inəklərdə ola bilər. Bu kistalı yumurtalıqlar inəyin yumurtalığında inkişaf etməmiş və kistaya çevrilmiş follikullardır. Follikul kistalarının içərisi maye ilə dolu olur və 70% - i kiçik yumurta böyüklüyündə olur. 

        

     

     

    Bu kistalar səbəbi ilə, inək davamlı həvəsəgəlmə əlamətləri göstərə bilər ancaq follikulların yumurta hüceyrələri kimi inkişaf etməyəcəyinə görə mayalanma aparmaq lazımsızdır. Əgər bu kistalar dərhal müalicə olunmursa sonradan onların müalicə olunması çətinləşir. Baytar və ya süni mayalama  mütəxəssisi bu kistaları əl ilə müayinə zamanı və ya ultrasəs müayinəsi zamanı müəyyənləşdirə bilərlər. Diaqnozdan sonra baytar hansı tədbir görülməsi lazım olduğuna qərar verə bilər. Kistoz yumurtalığın digər əlaməti nizamsız həvəsəgəlmə dövrü və ya həvəsəgəlmə dövrünün olmaması ola bilər. 

    Doğuşdan 50 gün sonrayadək heç bir həvəsəgəlmə əlaməti göstərməyən inəyə daha çox diqqət edin. Belə inəklərdə adətən kistalı yumurtalıqlar olur. Belə olan halda sarı cisim qalır və kistoza çevrilir.  Sarı cismin yox olması və heyvanın həvəsə gəlməsi üçün müalicə vacibdir.  Sarı cismin 30% -i mayesiz və möhkəm olurlar.  

    Passiv yumurtalıqlar 

    Pis məhsuldarlığın səbəblərindən biri də passiv yumurtalar ola bilər. Belə halda yumurtalıqlar düzgün ləmir. Pis yemləmə, mineral və vitamin çatıĢmazlığı passiv yumurtalıqlara səbəb ola bilər. Passiv yumurtalıqların yaranmasının qarĢısını almaq və müalicə etmək üçün ən yaxşı faktor yaxşı balanslaşdırılmış yem payıdır. Yumurtalıqların follikulyar və ya heç bir sarı cisim fəaliyyəti olmur

    Günəş ığı da heyvanın reproduktiv sistemi üçün çox əhəmiyyətlidir Çünki ıq reproduktiv sistemə təsir edən hormonları stimullaşdırır. Çox ıq inəyi yaz olduğunu düşünməyə vadar edəcək ki, bu da yüksək cinsi fəaliyyətin göstəricisidir. Tövlələr qaranlıq olanda inəklər avtomatik olaraq qış olduğunu düşünəcək və bu da zəif cinsi fəaliyyətə səbəb olacaq. Təsərrüfatda ətraf mühiti optimallaşdırmaq məhsuldarlıq nəticələrini də optimallaşdıracaq. 

     STANDART ƏMƏLĠYYAT PROSEDURLARI 

    MƏHSULDARLIQ PROBLEMLƏRİNĠN QARISININ ALINMASI VƏ MÜALİCƏSİ 

     Doğuş zamanı gigiyenaya diqqət yetirin;

     Heyvanın südünü qurutduğu dövrdə balanslaşmış yem paylarına diqqət yetirin;

     Doğuşu asan olan cins heyvanların  mayalanmasına diqqət yetirin;

     Doğuşdan dərhal sonra heyvan üçün ən yaxşı şəraiti təmin edin;

     Endometrit aşkarlandığı zaman baytar həkimi ilə məsləhətləĢin;

     Doğuşdan sonra 1 həftə müddətində hər gün heyvanın temperaturunu yoxlayın;

     Doğuşdan sonra 1 həftə müddətində hər gün heyvanın iştahasını yoxlayın;

     Heyvanı həvəsə gətirmək üçün  prostaqlandindən istifadə edin. Bunun məqsədi heyvanı mayalamaq deyil sadəcə balalığın həvəsəgəlmə sıxılmalarına təkan verməkdir.  

     

     Boğazlıq 

     

     Embrion və Dölün İnkişafı 

     

    ilk 4 -5 gün ərzində embrion balalıq borusu boyunca balalığa doğru hərəkət edir. Embrion oraya çatdığı zaman balalıq mayesində yuyulur və inkişaf etməyə davam edir. Embrion bu mayedə üzdüyü zaman amnion (su qişası), xorion (yumurta qişası) və allantois (sidik kisəsi) kimi membranlar erkən embrion tərəfindən yaranır. Toplu şəkildə bu membranlara plasenta deyilir.  

         

    Ümid edilir ki, 16 – 18 gün ərzində döl və inkişafda olan plasenta boğazlığın saxlanmasına lazım olan kimyəvi siqnalların lazımi keyfiyyətlərini istehsal etmiş olacaqlar. Bu siqnal prostoqlandinin korpus luteumda (sarı cisimdə) hərəkəti ilə qarışır. Belə halda KL qalır və progesteron istehsal etməyə davam edir ki bu da boğazlığın qorunması üçün  əsas şərtdir.  

    Boğazlığın təxminən 30 – cu günündə, plasenta bir neçə yerdən balalığa bitişməyə başlayır. Bu birləşmənin plasenta hissələri kotiledon, balalıq tərəfi isə məməcik və ya karunkul adlanır. Bu birləĢmə nöqtəsinin yuxarı hissəsini genişləndirir və ana qida maddələrinin və digər maddələrin qan damarları və arteriyalar vasitəsilə göbək ciyəsindən keçərək inək və buzov arasında mübadiləsinə səbəb olur.  

     

    Doğuş zamanı, balalıqdakı əzələlər sıxılmağa başlayır və tədricən membranları və buzovu, açılmış balalıq boynundan və vaginadan bayıra ötürür. Progesteron, estrogen, proplastin, relaksin və kortikoidlər də daxil olmaqla müxtəlif hormonlar ana, döl və plasenta tərəfindən istehsal olunaraq bunun baş verməsi üçün qarışır. Təmiz ortamda aparılan doğuş və doğuşdan dərhal sonra inəyə yaxşı qulluq edilməsi reproduktiv problemlərin qarşısını almağa kömək edəcək.  

     

    Boğazlıq Diaqnozları  

    inək mayalandıqdan sonra fermer mayalanmanın uğurlu olub – olmamasını bilmək üçün narahat olur. Heyvanın boğaz olub – olmamasını müəyyən etmək üçün üsullar bunlardır:  

     

     Həvəsəgəlməyə nəzarət edilməsi; 

     Süd  nümunələrinin təhlili;

     Ultra – səs müayinəsi ;

     Rektal müayinə; 

     Zərbə 

     

    inəyin boğaz olub – olmaması həmin inək haqqında gələcək qərarlara təsir edir. inəyin boğaz olmadığı hər gün təsərrüfat üçün itkidir. Buna görə də, inəyin boğaz olub – olmadığını tez bir zamanda bilmək fermer üçün çox əhəmiyyətlidir.  

    Fermer yadda saxlamalıdır ki, boğazlıq təsdiq olunsa belə bu 100% hər şeyin yolunda gedəcəyinə zəmanət vermir. Buna görə də boğaz heyvanı davamlı müşahidə etmək lazımdır. ġübhələnən zaman baytar həkimi ilə məsləhətləşmək lazımdır, çünki o mütəxəssis olduğu üçün inəyin reproduktiv sistemində problem olub–olmadığını müəyyən edəcək.  

    Həvəsəgəlmənin nəzarət edilməsi

    Heyvanlarını yaxşı tanıyan fermerlər üçün, heyvanın davranışına əsasən onun boğaz olub– olmadığını müəyyən etmək çətin olmur. Mayalanmadan sonra 3–6 həftə ərzində mütəmadi olaraq heyvanı çox ciddi yoxlamaq lazımdır.  

    Əgər mayalanma boğazlıqla nəticələnməyibsə, sağlam inək yenidən 3 həftə sonra təkrar həvəsəgəlmə əlamətləri göstərəcək. Əgər bu ərəfələrdə inək sakit qalırsa, o zaman fermer güman edə bilər ki, inək boğazdır. Bu üsuldan uğurla istifadə etməyin əsas yolu ilk həvəsəgəlmə və mayalanmadan sonra qeydiyyat aparmaqdır.