Aqro-iqlim zonaları
> Ferma > Heyvandarlıq > Aqro-iqlim zonaları
  • Azərbaycan topoqrafiya, temperatur, rütubət və yağışa görə bir-birindən çox fərqlənən 4 kənd təsərrüfatı zonasına bölünür. Bu 4 zona: yüksək yağışlı zona (tünd mavi), suvarılan (açıq mavi), az yağışlı zona (açıq yaşıl) və subtropik (tünd yaşıl) zonadır. Yüksək məhsuldarlıqlı heyvanlar üçün soyuq qışı olan dağlıq zonalar isti olan mərkəzi düzənliklərdən daha cəlbedicidir. Yaxşı tövlə şəraiti və idarəetmə sistemləri ilə iqlim maneələrini dəf etmək mümkündür.  
     Xüsusiyyətlər Biz müəyyən bir heyvan üçün törədici seçəndə əvvəlcə hansı xüsusiyyətlərin inkişaf etdirilməli olduğunu müəyyən etməliyik. Biz bütün xüsusiyyətləri eyni zamanda inkişaf etdirə bilməyəcəyimizə görə, prioritetlər müəyyən etməli və bizim məqsədlərə ən uyğun olan törədicini seçməliyik. Biz spesifik və ümumi xüsusiyyətləri fərqləndirə bilərik: 
     Spesifik: Süd, yağ və protein, naxır  həyatı; 
    Ümumi, uzun müddət problemsiz olaraq süd istehsal edən heyvanlar üçün: 
     Yelin sağlığı   Ayaqlar və dırnaqlar  Balavermə  Balavermə xüsusiyyətləri   Əmək qabiliyyəti əlamətləri: sağım sürəti, temperament Bütün bu xüsusiyyətlər üçün Damazlıq Dəyərləri hesablana bilər və sınaqdan keçirilmiş törədicilər məlumat vərəqində göstərildiyi kimi hər bir xüsusiyyət üçün etibarlı göstəricilər verəcəkdir.  

    Törədici seçimi Hal – hazırda SM mərkəzləri idxal edilmiş buğalardan törədici kimi istifadə edir ki, bu da eyni ölkələrdə damazlıq proqramları üçün sınaqdan keçirilmə məqsədi ilə seçilmiş gənc buğalarla bu törədicilərin eyni genetik xüsusiyyətlərə malik olmamasına səbəb olur.   
    Daha yaxşı alternativ yol o ola bilər ki, öz sınaq proqramları olan damazlıq təşkilatlarından gənc buğalar alınsın. Nəsil testinin nəticələri əlçatan olmasa belə, genetik (genomic) testin nəticələri genetik keyfiyyət haqqında etibarlı məlumatlar verir. Bu məlumat əsasında damazlıq dəyərləri hesablana bilər.  
     
    Hazırda SM proqramlarında yalnız təmiz xətt törədiciləri istifadə olunur. Damazlıq məqsədləri müzakirə edilərkən, biz dedik ki, daha geni idarə edilən təsərrüfatlarda yerli cins inəklərin davamlı təkmilləşdirilməsi ən yaxşı üsul olmaya bilər. 50-75% ekzotik qanın məhdudlaşdırılması heyvanların yerli şəraitə daha müqavimətli olmasına imkan verəcək. Əgər bu yanaşma qəbul ediləcəksə, o zaman SM mərkəzləri də qarışıq cins törədicilərinə sərmayə qoymalı olacaqlar. Bu o deməkdir ki, performansın qeyd olunması və məlumatın idarə edilməsi inkişaf etdirilməlidir. Əlbətdə ki, ilk addım müəyyənləşdirilmənin və qeydiyyat sisteminin təqdim edilməsi olacaqdır. Belə bir sistemin Azərbaycanda Baytarlıq Xidməti tərəfindən yaradılması prosesinin hazırda getdiyini bilmək sevindirici haldır. Daha yüksək məhsuldarlıqlı və südlük cinslərini idxal nəticəsində əldə etmiş təsərrüfatlarda damazlıq üçün toxumun, yüksək genetik potensialı olan nəsil testindən keçmiş törədicilərdən alınması daha məqsədəuyğundur. Fermerlərə seçim imkanının verilməsi və onların öz təsərrüfatları üçün ən uyğun törədiciləri seçməsi daha yaxşı olardı.  
     
    Yekun Süd və ət istehsalının yüksək məhsuldarlıqlı qarışıq cinslər vasitəsilə artırılması maraqlı görünə bilər ancaq ilk balavermədən sonra necə davam edəcəyinizə qərar vermək də vacibdir. Fermer bu cür yüksək məhsuldarlıqlı cinslərin təkmilləĢdirilməsi ilə davam etməli yaxud ekzotik genlərin yerli şəraitə uyğunlaşması üçün onları məhdudlaşdırmalıdır?  
    Damazlıq məqsədləri ərazi və təsərrüfat növünə görə fərqlənsə də, onlar hamısı əsasən inəyin süd məhsuldarlığının artırılmasına yönəlir. Əsas fərqlər müxtəlif iqlim şəraitində və spesifik təsərrüfat şərtləri altında əldə oluna biləcək istehsal mərhələləridir.  Baxmayaraq ki, Azərbaycanda bir çox təsərrüfatlarda damazlıq məqsədləri daha çox “süd və ət” istiqamətindədir, doğuşun asanlaşdırılması, yelin forması və keyfiyyəti, ayaqlar, onların ölçüsü kimi daha spesifik məsələlər də nəzərə alınmalıdır. Hər törədici lazım olan genləri ötürmədiyinə görə nəsil sınağından keçmiş törədicilərin istifadəsi daha məqsədəuyğundur.