Təsərrüfatın diaqnostikası
> Ferma > Heyvandarlıq > Təsərrüfatın diaqnostikası
  • Süni mayalama mütəxəssisi təsərrüfatın və oradakı heyvanların ümumi vəziyyətinə baxmalıdır. Təsərrüfatın idarəolunması inəklərin məhsuldarlığına və balaverməsinə müsbət yoxsa mənfi təsir edir? İnkişaf etdirilməli olan sahələr hansılardır?   Onun baxmalı olduğu əsas faktor “heyvan əlamətləridir”. inək sağlamlığı və ümumi vəziyyəti barədə bizə müəyyən  siqnallar ötürür.  O bunu davranışı və bədən vəziyyəti ilə də göstərir. inəyin və fermanın bəhrələnməsi üçün nə etmək lazım olduğunu anlamaq üçün diqqətli olmalısınız. Müşahidə etmək, qiymətləndirmək və həll yollarını tapmaq üçün özünüzü təlimləndirin. Təsərrüfata səfər etdikdən sonra nəticələri fermerlə müzakirə edin ki, onu dəyişikliklərin vacib və gəlirgətirici olduğuna inandıraraq, onları tətbiq etməsinə nail olasınız.  
    Biz əsas diqqət yetirilməli məsələləri müzakirə edəcəyik, ancaq peyinin qiymətləndirilməsi və bədən vəziyyəti qeydi barədə materiallar bu sənədə əlavə olunacaq.  
     
    İnəyin sağlamlığı və ümumi vəziyyəti Sağlamlığın və ümumi görünüşün əsas aspektləri bunlardır: 
    Heyvan eksteryerinin qiymətləndirilməsi: 
    Südlük inəklər üçün bədən vəziyyətinin qiymətləndirilməsi (BVQ), laktasiyanın mərhələsindən asılı olaraq 2,5 – 3,5 bal olmalıdır.   
    Hərarət: inəyin hərarəti 38 - 39°C olmalıdır. Qulaqların soyuq olması süd qızdırmasına və ya qan dövranı problemlərinə işarədir. 
     Ayaqlar: dabanların eroziyası və ya dərisinin qalın olması tövlənin döşəməsinin materialından, düzgün qurulmamış tövlə avadanlığından və ya dırnaq infeksiyasından yarana bilər. 
     şövşəmə: inək gün ərzində 7 – 10 saat gövşəməlidir ki, bunun da 40- 70 saatı təkrar gövşəmə etməlidir.
    Daha az gövşəmə düzgün olmayan yem payına  işarədir.   
    İşgənbə: Rumen (mədənin ön hissəsi) yemlə dolu olmalıdır.
    Mədənin sol tərəfi isə azacıq qabarıq olmalıdır.
    Əgər siz yumruğunuzu mədənin ön hissəsinə sıxsanız, bu zaman o 2 dəqiqə içərisində 1 -2 dəfə möhkəm yığılmalıdır. 
     Çeviklik: sağlam inək çevik və güclü görünür, dərisi parıltılı və mədəsi dolu olur. 
     Boyun: şişmiş boyun adətən yem hasarının çox alçaq olması və ya səhv quraşdırılmış tövlə avadanlığı səbəbilə baş verir.   
    Dırnaqlar: sağlam inəklər yem yeyən zaman düz və sakit dayanır.
    Axsama və ya aşaraq yerimə dırnaq probleminə, pis rasiona, döşəmənin pis olmasına və ya dırnaq probleminin müalicə olunmamasına işarədir.    
     
     Yelin: yelin sağlamlığını qiymətləndirmək üçün, sağımdan sonra məmələrə diqqətlə baxmaq lazımdır. Sağlam uclar yumşaq və təbii rəngli olur. Yelin sağlamlığının pis olması gigiyena problemləri, sağım aparatının pis quraşdırılması yaxud da yem rasionunun düzgün olmaması səbəbilə baş verir. 
     Peyin: çox qatı və ya duru olmamalı, içərisində həzm olunmamış yem qırıntıları görünməməlidir.  

    Yemin mövcudluğu, keyfiyyəti və seçilməsi
     
    Biz tövləyə girəndə heyvanın ehtiyacı olan yemi yeyib yemədiyinə baxmalıyıq:  lazım olan bütün yemlər varmı, yemin keyfiyyəti kifayət qədər yaxşıdırmı və heyvanın daha dadlı yemi seçmə imkanı varmı.  
     
    Sıralanmış tövlələrdə hər bir inəyin yem yemək üçün xüsusi yeri olur və yem üçün rəqabət olmur. Sıralanma olmayan tövlələrdə vəziyyət fərqli olur. Belə tövlələrdə əmin olmalıyıq ki, cavan heyvanlar yaşlı heyvanlar tərəfindən təzyiqə məruz qalmadan yem yeyə bilirlər.  
     
    Yem novunun döşəməsi keçid yolundan 10–15 sm hündürdə olmalıdır. Əgər heyvanın başı yem yeyərkən rahat olacaqsa, o sərbəst yeyə bilir və çoxlu tüpürcək ifraz edir. Yem novunda çökəkliklərin olmamasına diqqət etmək lazımdır, çünki onların təmizlənməsi çətin olur. Belə yerlərdə tez–tez iyli, kifli yem qalıqlarına rast gəlinir ki, bu da çox heyvanın yemdən imtina etməsinə səbəb olur.  


     
    Təmiz, içməli su möhkəm və davamlı su qablarının olması təzə, kifayət qədər yemin olması qədər əhəmiyyətlidir. Əgər inək lazımi qədər su içmirsə o zaman quru maddə qəbulu azalır və bu da həzm prosesinə mənfi təsir göstərir. Heyvanlar geniş, aşağı səviyyədə yerləşən qabdan su içməyə üstünlük verir və su içərkən sakit dayanmağı xoşlayırlar.   
     
    İnəklər yuxudan oyananda eyni rejimi təkrar edirlər: su içir, yeyir və yenidən su içirlər. Onlar həm də sağılandan dərhal sonra su içməyi xoşlayırlar. Buna görə də, su novları yem hasarlarına yaxın olmalıdır.  
    Ġnəklər yemlərini qidalılıq dəyərinə görə yox, dadına görə seçirlər. Bu quru qarışıq yemlər olduqda və yem qalıqları uzun olduqda daha asan olur. (>7 cm). Seçilərək yem yeyilməsinə aşağıdakıları müşahidə etməklə diqqət yetirmək olar: 
     Yem yemə davranışına; 
    Eyni rasionda yeyən heyvanların peyinlərindəki fərqə; 
    Rasion pəhrizi və yem qalıqlarına; 
     Yemin içərisinə baxmaqla.  
     
    Təmiz, içməli su möhkəm və davamlı su qablarının olması təzə, kifayət qədər yemin olması qədər əhəmiyyətlidir. Əgər inək lazımi qədər su içmirsə o zaman quru maddə qəbulu azalır və bu da həzm prosesinə mənfi təsir göstərir. Heyvanlar geniş, aşağı səviyyədə yerləşən qabdan su içməyə üstünlük verir və su içərkən sakit dayanmağı xoşlayırlar.   

    İnəklər yuxudan oyananda eyni rejimi təkrar edirlər: su içir, yeyir və yenidən su içirlər. Onlar həm də sağılandan dərhal sonra su içməyi xoşlayırlar. Buna görə də, su novları yem hasarlarına yaxın olmalıdır.  

    Heyvan eksteryerinin qiymətləndirilməsi. 
    3-cü fəsildə biz bədən vəziyyəti qeydinin diri heyvanın bədənindəki yağ miqdarını hesablamaq üçün subyektiv üsul olduğunu müzakirə etdik.  İnəyin əzələli olması da genetik potensial məsələsidir. Ancaq heyvanın yağ toxumalarının kəmiyyəti isə yemləmənin nəticəsinə görə formalaĢır.   Laktasiya dövrü boyunca müntəzəm qeydlərin aparılması bu dövr müddətində optimal şəraiti saxlamağa yardım edir ki,  bu da çox süd istehsal edən sağlam inək deməkdir.  Qaraciyər sindromu, süd qızdırması və ketosis kimi metabolizm xəstəliklərin bir çoxu bədən vəziyyətinə görə baş verir. Bütün heyvanlar - laktasiya dövründə olan, südünü qurutmuş və boğaz olan heyvanlar müntəzəm olaraq yoxlamadan keçməlidirlər.  Bu yanaşma keçi və qoyun saxlayanda da tətbiq oluna bilər.  
     
    Peyinin qiymətləndirilməsi 

    Peyinin qiymətləndirilməsi həzm prosesi və fermentasiya barədə çox dəyərli məlumat verə bilir. Adətən, heyvanın yediyi yemin çox hissəsi rumendə həzm olunur və qidanın udulması da burda baş verir. Yem rumendə düzgün fermentasiya olmadıqda, bəzi həzm olunmamış qida maddələri nazik bağırsağa keçir. Adətən bu qida maddələri, həzm oluna və udula bilər, sadəcə əgər yemin miqdarı çoxdursa və qida keçidi sürətlidirsə bu zaman kiçik bağırsaqda qida maddələri həzm olunmamış qalır. Qida maddələrinin həzm olunmasının mümkün olduğu sonuncu yer yoğun bağırsaq şöbəsidir. Həzm olunmamış və sorulmamış qida maddələri peyin və sidiklə ifraz olunur. Peyinin qiymətləndirilməsi haqqındakı material nəyi və necə qeyd etmək lazım olduğunu ətraflı göstərir.  
     
    Süd istehsalı

    Təsərrüfata səfər etdikdə süd istehsalı və performans (təsərrüfatın istehsal) haqqında məlumat idarəetmə səviyyəsi haqqında yaxşı məlumat verir. Bir çox fermer ətraflı qeydlər aparmadığı üçün düzgün olmayan məlumatlar verə bilərlər. Bunun üçün də son balavermə vaxtını və səfər etdiyiniz gündəki süd istehsalını öyrənin. Heyvanın genetik potensialı istehsal səviyyəsi ilə üst – üstə düşməlidir, əks halda sağlamlıq problemlərinin olduğu qaçılmazdır.  
     
    İşgənbənin(Rumen) dolması

    İşgənbənin dolması  haqqında qeydlər yem qəbulunun və prosesin sürətinin son bir neçə saat necə olması barəsində göstəricidir. Arxadan heyvanın sol tərəfinə baxanda siz rumenin dolu olub olmamasını anlaya bilərsiz. Doluluq yeyilən yemin miqdarına, həzm dərəcəsinə və yemin qursaq və bağırsaqlara keçməsinə əsaslanır. Həzm dərəcəsi və həzm sürəti yemin növündən asılıdır.